son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Mahmud Qurbanov Bədavi Hüseynovun uğuruna sevinir? - AÇIQLAMA

Bölmə adı Futbol / Manşet
Yayımlandı 10-05-2025, 15:52

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.

34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/25 mövsümünün qızıl medalını 32-ci turda təmin edib. 2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.

Bununla da “süvarilər”in kapitanı Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb.

Sport1.az olaraq futbolumuzun “professor”undan onun rekordunun təkrarlanmasına münasibətini öyrəndik.

“Bədavi Hüseynov uzun müddətdir “Qarabağ”da oynayır. O, Ağdam təmsilçisiylə bir çox uğurlar, o cümlədən çempionluqlar qazanıb. “Qarabağ” illərdir ki, Azərbaycanın dəyişməz çempionudur, tək Bədavi yox. Ağdamlıların heyətində uzun illər oynayan istənilən futbolçu bu rekorda sahib ola bilərdi. Millimizin kapitanının naliyyətimi təkrarlamasını normal qarşılayıram. Statistika olaraq bu göstərici Azərbaycan futbolunun tarixində qalacaq”.

Xatırladaq ki, Mahmud Qurbanov “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) çempionluq sevinci yaşayıb.

MİRZƏ S

Müəllif: Sport1.az