son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Arda Turan Ukraynada işləyə bilər

Bölmə adı Futbol
Yayımlandı 10-05-2025, 17:17

Arda Turan "Şaxtyor"u çalışdıracaq.

Sport1.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, "Qalatasaray", “Atletiko” və “Barselona”nın nun keçmiş yarımmüdafiəçisi Ukrayna komandasının baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxındır.

38 yaşlı mütəxəssis mövsümü “Eyupspor”da başa vuracaq, bundan sonra yeni klubuna keçəcək. Məşqçiliyə 2023-cü ildə başlayan Arda Turanın rəhbərliyi altında Türkiyə klubu Super Liqaya vəsiqə qazanıb və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Lakin Ukrayna mətbuatı onun "Şaxtyor"un baş məşqçisi vəzifəsinə yeganə namizəd olmadığını iddia edir.

Məlumata görə, "mədənçilər"in siyahısında ən azı altı ad var və potensial namizədlərdən biri də "Oleksandriya"nın hazırkı məşqçisi Ruslan Rotandır.

"Şaxtyor"un hazırkı baş məşqçisi Marino Puşiçin taleyi qeyri-müəyyən olaraq qalır. Bosniyalı 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi də qala bilər. Yekun qərar Ukrayna çempionatında cari mövsüm və ölkə kubokunun finalı başa çatdıqdan sonra veriləcək.

“Şaxtyor” 28 turdan sonra 58 xalla Ukrayna çempionatında 3-cü pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR