“Bayer 04”dən Xabi Alonso açıqlaması

Bölmə adı Almaniya
Yayımlandı 9-05-2025, 22:54

Xabi Alonso “Bayer 04”dən ayrılacaq.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda Leverkuzen təmsilçisi ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı çalışdırıcı 2022-ci ilin oktyabrında komandanın “sükanı arxası”na gətirilmişdi.

Alonso ötən mövsüm “Bayer 04”ə tarixinin ilk Bundesliqa çempionluğunu qazandırıb və komanda ilə Avropa Liqasının finalına qədər yüksəlməyi bacarmışdı.

Müəllif: Sport1.az