Futzal üzrə Azərbaycan millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçına çıxır.
Sport1.az xəbər verir ki, yığmamız Latviya seçməsi ilə qarşılaşacaq.
Xatırladaq ki, futzalçılarımız 12-ci qrupda buna qədər Çexiya ilə qarşılaşıb (1:2, 2:2).
DÇ-2028 (futzal). Əsas mərhələ
20:00 Azərbaycan - Latviya
Hakimlər: Dino Kramar, Nikola Jeliç və Nina Nakiç
"Timekeeper": Hidayət Feyzullayev
Hakim-inspektor: Ancelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Ştefan Kammerer (Almaniya)
Bakı İdman Sarayı.