Abşeron Olimpiya İdman Kompleksində noyabrın 14-dən 15-dək cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
Sport1.az xəbər verir ki, turnirdə 35 klub və idman cəmiyyətindən 245 cüdoçu (201 oğlan, 44 qız) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.