son dəqiqə SON DƏQİQƏ
“Əsgər yoldaşım formasının arxasına Qurban Qurbanov yazmışdı” ● Millimiz Latviya seçməsi ilə qarşılaşır ● "Gəncə" "Sumqayıt"ı qəbul edir, "Naxçıvan" "Landau Lions"a qarşı ● II Liqada 10-cu tur bu gün başlayır: "Şəmkir" "Ağstafa Gəncləri"nə qarşı ● "İmişli" "Sumqayıt"la üz-üzə gəlir, son çempion "Şamaxı" ilə qarşılaşır ● Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyinin qalibləri bəllidir ● "Zirə" "Qəbələ"ni məğlub yola saldı ● Rəşad Sadıqovdan açıqlama: "Buna görə ilk yarıda oyunumuz alınmırdı" ● "O futbolçunun bu səviyyəyə gəlib çatmasında çox məşqçinin rolu olub" ● "Şəfa" "Araz-Naxçıvan"la heç-heçə etdi, "Qəbələ" "Zirə"yə məğlub oldu ● Misli Premyer Liqası: Autsayderlərin duelində qalib müəyyənləşmədi ● "Burada ögey münasibət hiss etmək istəmirəm" ● "Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq" ● "Zirə" - "Qəbələ": ● ABL: "Neftçi" NTD-ni məğlub edib ● "Kəpəz" yoxlama matçına çıxacaq ● Cüdo üzrə Bakı şəhər çempionatının keçiriləcəyi yer və tarix açıqlanıb ● Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlandı ● Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib ● "Şəfa" - "Araz-Naxçıvan": ● "Sabah"dan NTD-yə ● Günün oyunları: ● UEFA Millətlər Liqası: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib ● "Biz doğma azarkeşlərimizin önündə daha yaxşı oynayırıq" ● "Çox şadam ki, beynəlxalq karyeramı bu cür bir nailiyyətlə başa vururam" ● "Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq" ● "Kəpəz" bu dəfə də "Neftçi" ilə səfər oyunundan evə əliboş dönür ● Super Liqa: "Xilasedici" rahat, "Neftçi" çətin qələbə qazanıb ●

"Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq"

Bölmə adı Neftçi / Manşet
Yayımlandı 7-11-2026, 11:01

"Neftçi" Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"i məğlub edib - 1:0.

Həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer Sport1.az-ın suallarını cavablandırıb:

"Öncə Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin, vətən uğrunda canlarından keçdilər. Qazilərimizə Allah şəfa versin. Çox müqəddəs işlər gördülər. Geridə qalanlarına Allah səbir versin. İnşallah, ölkə olaraq bir daha bu cür halla rastlaşmarıq".

- "Kəpəz" üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Komandamız yaxşı oyun sərgilədi. Nəticədən məmnunuq. Məşqçi heyətindən, texniki heyətdən, futbolçularımızdan razıyıq. Hər biri qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. "Neftçi"yə yaraşan futbol sərgilədir. Ümidimiz hər həftə artır. Rəqibi də təbrik edirəm. "Kəpəz" də çox yaxşı işlər görür, yaxşı nəticələr qazanır. Azarkeşləri ilə çempionata rəng qatırlar. Bizə qarşı da sona qədər mübarizə apardılar.

- Çempionatda ilk dövrə başa çatır və "Neftçi" liderdir. Ümumilikdə 11 turu necə dəyərləndirirsiniz və bundan daha yaxşı nəticə qazanmaq mümkün idimi?

- Hədəf daha yaxşı nəticələr qazanmaqdır. Komandamızın xarakteri var. Biz də inanırıq. Amma ardıcıl qələbələr qazanmaq, meydanda döyüşmək asan deyil. Bu mövsüm komandamız özünü yaxşı tərəfdən göstərir. Lakin çempionat uzun marafondur, rəqiblərimiz güclüdür. Rəqibin böyüyü-kiçiyi yoxdur. Hər matçda fərqli nəticə qeydə alına bilər. Hədəfimiz bu mübarizədə qalmaq, daha da irəliləməkdir.

- Qışda "Neftçi"nin qapıçı transfer edəcəyi barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Axtarışa çıxmamışıq. Amma ümumi olaraq hər mövqe üçün axtarışlarımız həmişə davam edir. Hər şey ola bilər. Baş məşqçinin tələbi önəmlidir. Hələ ki qış transferi pəncəri barədə danışığımız olmayıb. Ümumilikdə skaut departamentimiz hər zaman axtarışdadır. Bu gün də bir neçə ölkədə oyunları izləyən komandamız var. Əlimizdəki büdcəyə uyğun, hədəflərimizə uyğun transferləri reallaşdıracağıq.

- Demək olar ki, bugünkü uğurlu çıxışda ehtiyat oyunçular skamyasının böyük rolu var? Məsələn, son iki turda sonradan meydana daxil olan futbolçular qələbə qolunu vururlar...

- Doğrudur. Biz plana uyğun iş görürük. Yayda Varqas xaric 9 transfer realaşdırdıq. Yenə də planlarımız var. "Neftçi"nin inkişafı üçün bütün bunlar lazımdır. Həm də səbirli olmalıyıq. Bəli, bu gün ehtiyatdan oyuna daxil olanlar komandaya fayda verirlər. Arzu etdiyimiz də budur.

- "Neftçi"nin mümkün qış çempionluğu transferlərə təsir edə bilər?

- Bəli, edə bilər. Ehtimallar, şanslar, bir sözlə, hər şeyi dəyərləndirməliyik. Çünki kimsə ciddi zədə ala bilər, yaxud başqa klubdan təklif ala bilər. Digər tərəfdən isə transfer önəmli deyil, vacib olan komandanı irəli aparmaqdır. Pulumuz qiymətlidir. Ona görə də həssas davranırıq. Diqqətli olmalı, hər şeyi ölçüb biçməliyik. Elə futbolçular var ki, bu gün üzdə olmasalar da, onlardan da fayda görəcəyik.

- Emin Mahmudov millidən gedir. Eyni hala "Neftçi"də də şahid ola bilərik?

- Hazırda bu, müzakirə mövzusu deyil. Çünki bilirsiniz ki, Eminin müqaviləsi 1+1 illikdir. Millidə böyük işlər görüb. Qiymətli futbolçumuzdur. Onun millidən ayrılmasına təəssüflənirik. Amma bu cür futbolçuya sahib olduğumuz üçün də "Neftçi" adına qürurluyuq. O bizim kapitanımızdır və bundan qürur duyuruq.

- Breno Almeyda ilə bağlı tez-tez transfer xəbərləri çıxır. Bu günə qədər onun üçün Kiprdən, yaxud hansısa başqa ölkədən rəsmi təklif almısınız?

- Bəli, Kiprdən təklif almışdıq. Amma Breno ora getməz. Bu gün çempionatın bombardiridir, çox yaxşı mövsüm keçirir. Biz onsuz da Almeydaya inanıb transfer etmişdik. Təkliflər olacaq, ona da, digər futbolçularımız da. Yaxşı çıxış edirsənsə, digər klubların diqqətini çəkəcəksən. Amma bizim bu gün hədəfimiz mövsümün sonunda çempion olmaq, kuboklar qazanmaqdır.

- Bayaq "Kəpəz"in azarkeşlərini qeyd etdiniz. Bu gün "Neftçi" liderdir, yaxşı oyun sərgiləyir. Amma tribunalar yenə də dolmur. Sizcə, bu, nədən irəli gəlir?

- Ən böyük yaramızdır bu. Azarkeşlərimizi mədədimizdə, tribunada gözləyirik. Hər birinin özünə görə arqumenti var. Amma "Neftçi" bu gün boş tribunalar önündə oynamağı haqq etmir. Daha çox azarkeşin stadiona gəlməsi üçün hər şeyi edirik. Qarşıdakı fasilədə yenə müəyyən işlərimiz olacaq. Hər zaman qapımız açıqdır. Əslində bura elə onların evidir. Ev sahibi onlardır. Evlərində olmalarını istəyirik. Gəlib komandaya dəstək olsunlar, gücümüzə güc qatsınlar. Bu iş onlarsız olmaz. "Kəpəz"lə matçda komandanı 90 dəqiqə dəstəkləyən hər kəsə təşəkkür edirəm.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR