son dəqiqə SON DƏQİQƏ
“Əsgər yoldaşım formasının arxasına Qurban Qurbanov yazmışdı” ● Millimiz Latviya seçməsi ilə qarşılaşır ● "Gəncə" "Sumqayıt"ı qəbul edir, "Naxçıvan" "Landau Lions"a qarşı ● II Liqada 10-cu tur bu gün başlayır: "Şəmkir" "Ağstafa Gəncləri"nə qarşı ● "İmişli" "Sumqayıt"la üz-üzə gəlir, son çempion "Şamaxı" ilə qarşılaşır ● Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyinin qalibləri bəllidir ● "Zirə" "Qəbələ"ni məğlub yola saldı ● Rəşad Sadıqovdan açıqlama: "Buna görə ilk yarıda oyunumuz alınmırdı" ● "O futbolçunun bu səviyyəyə gəlib çatmasında çox məşqçinin rolu olub" ● "Şəfa" "Araz-Naxçıvan"la heç-heçə etdi, "Qəbələ" "Zirə"yə məğlub oldu ● Misli Premyer Liqası: Autsayderlərin duelində qalib müəyyənləşmədi ● "Burada ögey münasibət hiss etmək istəmirəm" ● "Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq" ● "Zirə" - "Qəbələ": ● ABL: "Neftçi" NTD-ni məğlub edib ● "Kəpəz" yoxlama matçına çıxacaq ● Cüdo üzrə Bakı şəhər çempionatının keçiriləcəyi yer və tarix açıqlanıb ● Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlandı ● Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib ● "Şəfa" - "Araz-Naxçıvan": ● "Sabah"dan NTD-yə ● Günün oyunları: ● UEFA Millətlər Liqası: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib ● "Biz doğma azarkeşlərimizin önündə daha yaxşı oynayırıq" ● "Çox şadam ki, beynəlxalq karyeramı bu cür bir nailiyyətlə başa vururam" ● "Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq" ● "Kəpəz" bu dəfə də "Neftçi" ilə səfər oyunundan evə əliboş dönür ● Super Liqa: "Xilasedici" rahat, "Neftçi" çətin qələbə qazanıb ●

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Bölmə adı Azərbaycan / Foto
Yayımlandı 7-11-2026, 15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Sport1.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib.

Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub.

Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.

Arenanın ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür.

Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir.

Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib.

Meydançanın ətrafında isə atletika zonası yerləşir.

Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.

Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR