son dəqiqə SON DƏQİQƏ
“Əsgər yoldaşım formasının arxasına Qurban Qurbanov yazmışdı” ● Millimiz Latviya seçməsi ilə qarşılaşır ● "Gəncə" "Sumqayıt"ı qəbul edir, "Naxçıvan" "Landau Lions"a qarşı ● II Liqada 10-cu tur bu gün başlayır: "Şəmkir" "Ağstafa Gəncləri"nə qarşı ● "İmişli" "Sumqayıt"la üz-üzə gəlir, son çempion "Şamaxı" ilə qarşılaşır ● Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyinin qalibləri bəllidir ● "Zirə" "Qəbələ"ni məğlub yola saldı ● Rəşad Sadıqovdan açıqlama: "Buna görə ilk yarıda oyunumuz alınmırdı" ● "O futbolçunun bu səviyyəyə gəlib çatmasında çox məşqçinin rolu olub" ● "Şəfa" "Araz-Naxçıvan"la heç-heçə etdi, "Qəbələ" "Zirə"yə məğlub oldu ● Misli Premyer Liqası: Autsayderlərin duelində qalib müəyyənləşmədi ● "Burada ögey münasibət hiss etmək istəmirəm" ● "Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq" ● "Zirə" - "Qəbələ": ● ABL: "Neftçi" NTD-ni məğlub edib ● "Kəpəz" yoxlama matçına çıxacaq ● Cüdo üzrə Bakı şəhər çempionatının keçiriləcəyi yer və tarix açıqlanıb ● Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlandı ● Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib ● "Şəfa" - "Araz-Naxçıvan": ● "Sabah"dan NTD-yə ● Günün oyunları: ● UEFA Millətlər Liqası: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib ● "Biz doğma azarkeşlərimizin önündə daha yaxşı oynayırıq" ● "Çox şadam ki, beynəlxalq karyeramı bu cür bir nailiyyətlə başa vururam" ● "Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq" ● "Kəpəz" bu dəfə də "Neftçi" ilə səfər oyunundan evə əliboş dönür ● Super Liqa: "Xilasedici" rahat, "Neftçi" çətin qələbə qazanıb ●

"Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq"

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-11-2026, 18:58

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Şəfa" ilə heç-heçə edib - 2:2.

Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Dəyişkən oyun oldu. Zədəli futbolçularımız var idi. Qələbə qazana bilməsək də, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etmək üçün az futbolçumuz var idi. Çempionatda iki həftəlik fasilə olacaq. Zədəli futbolçular fasilədə bərpa olunub komandaya qoşulacaqlar. Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Ukraynada da hazırda müharibə gedir. Ona görə də bu vəziyyəti başa düşürük".

- Komanda ilk dövrəni qələbəsiz başa vurdu. İki həftəlik fasilədə nələri dəyişməyi planlaşdırırsız?

- Dediyim kimi zədəli oyunçularımız var. "Zirə" ilə matçda da üç futbolçumuz zədələndi. İki həftəlik fasilədə onlar qayıdacaqlar. Yenə də məşqlərimizi davam etdirəcəyik.

- Növbəti turda lider "Neftçi"yə qarşı oynayacaqsız. Futbolçuları matça kökləmək çətin olmayacaq?

- Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq.

- Fasilədə yoxlama oyunu keçirməyi planlaşdırırsız?

- Vacib olan zədəli futbolçuların komandaya qayıtmasıdır. Onlar bizim vacib oyunçularımızdır.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR