son dəqiqə SON DƏQİQƏ
“Əsgər yoldaşım formasının arxasına Qurban Qurbanov yazmışdı” ● Millimiz Latviya seçməsi ilə qarşılaşır ● "Gəncə" "Sumqayıt"ı qəbul edir, "Naxçıvan" "Landau Lions"a qarşı ● II Liqada 10-cu tur bu gün başlayır: "Şəmkir" "Ağstafa Gəncləri"nə qarşı ● "İmişli" "Sumqayıt"la üz-üzə gəlir, son çempion "Şamaxı" ilə qarşılaşır ● Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyinin qalibləri bəllidir ● "Zirə" "Qəbələ"ni məğlub yola saldı ● Rəşad Sadıqovdan açıqlama: "Buna görə ilk yarıda oyunumuz alınmırdı" ● "O futbolçunun bu səviyyəyə gəlib çatmasında çox məşqçinin rolu olub" ● "Şəfa" "Araz-Naxçıvan"la heç-heçə etdi, "Qəbələ" "Zirə"yə məğlub oldu ● Misli Premyer Liqası: Autsayderlərin duelində qalib müəyyənləşmədi ● "Burada ögey münasibət hiss etmək istəmirəm" ● "Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq naminə çıxırıq" ● "Zirə" - "Qəbələ": ● ABL: "Neftçi" NTD-ni məğlub edib ● "Kəpəz" yoxlama matçına çıxacaq ● Cüdo üzrə Bakı şəhər çempionatının keçiriləcəyi yer və tarix açıqlanıb ● Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlandı ● Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib ● "Şəfa" - "Araz-Naxçıvan": ● "Sabah"dan NTD-yə ● Günün oyunları: ● UEFA Millətlər Liqası: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib ● "Biz doğma azarkeşlərimizin önündə daha yaxşı oynayırıq" ● "Çox şadam ki, beynəlxalq karyeramı bu cür bir nailiyyətlə başa vururam" ● "Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq" ● "Kəpəz" bu dəfə də "Neftçi" ilə səfər oyunundan evə əliboş dönür ● Super Liqa: "Xilasedici" rahat, "Neftçi" çətin qələbə qazanıb ●

Rəşad Sadıqovdan açıqlama: "Buna görə ilk yarıda oyunumuz alınmırdı"

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-11-2026, 21:29

"Zirə" Misli Premyer Liqasının 11-ci turunda "Qəbələ"ni məğlub edib - 2:1.

Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Oyuna olduqca yaxşı başladıq, erkən qol vurduq. Qoldan sonra üstünlük rəqibin tərəfinə keçdi. Birinci hissənin sonuna qədər aqressiv pressinq tətbiq edirdilər. Buna görə ilk yarıda oyunumuz alınmırdı. Fasilədən sonra oyun dəyişdi və tədricən üstünlük bizə keçdi. 60-cı dəqiqədən sonra meydanda istədiyim "Zirə"ni görürdüm. Çoxsaylı hücumlar edirdik. Amma rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra "Qəbələ"də irəliləyiş var. Bilirdik ki, bu gün oyun bizim üçün ağır keçəcək. Davit Volkovun yaxşı epizodu oldu. Sonda Vierinya - Kris Diqbeu kombinasiyası ilə müdafiəni yarıb qol vura bildik. Önəmli 3 xal qazandıq".

- Elçin Əlicanovun start heyətində başlaması və Vierinya ilə Kris Diqbeunun sonradan meydana daxil olmasını əvvəldən planlaşdırmışdız?

- Bəli. Oyuna 4-2-3-1 sistemi ilə hazırlaşırdıq. Əsas heyətdə İsmayıl İbrahimli ilə İssa Cibrilla başlamalı idi. Amma iki gün öncə hər ikisi zədələndi. Məcburiyyətdən beşli sistemə keçdik. Düşündük ki, oyunun ikinci hissəsi önəmli olacaq. Ona görə də Krislə Vierinyanı ikinci yarıya saxladıq. Belə şeyləri düşünürük. Amma yüz faiz zəmanət yoxdur ki, effektli alınacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR