"Kəpəz"in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Sport1.az xəbər verir ki, yarışın 11-ci turunda "Neftçi" ilə qarşılaşan "sarı-göylər"in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq.
Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydanında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.