son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Azərbaycan çempionatlarının tarixinə düşdü

Bölmə adı Premyer Liqa
Yayımlandı 5-05-2025, 13:45

“Qarabağ”ın futbolçusu Amin Rzayev Misli Premyer Liqasında cari mövsümün ən gənc futbolçusu olub.

Sport1.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la ev matçının (2:0) sonlarında meydana çıxan müdafiəçi 15 yaş 204 günlüyündə debüt edib. Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.

O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/2011-ci illər mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.

Son 15 ilin 15 yaşlı debütantları

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/2012)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/2013)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/2012)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/2013)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/2018)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR