son dəqiqə SON DƏQİQƏ
Murad "Pafos"un heyətində sonradan oyuna daxil olsa da... ● QƏRAR: "Sumqayıt"ın "Şəfa" ilə ev oyununun yeri dəyişdirilib ● "Araz-Naxçıvan" darmadağınla, "Marafon" 1 qolla qələbə qazandı ● Millimizin üzvü mükafatlandırıldı ● Azərbaycan çempionatının yeni mövsümünün püşkatması olub ● Arsen Venger ustad dərsi keçib ● Hidayət Heydərov qərarını açıqladı ● Abşeron-Xızı çempionatı keçiriləcək ● "Sabah"ın futbolçusu rəhbərliyə 1,2 milyonluq vingeri məsləhət gördü ● Günün oyunları: ● Qadın güləşçilərimiz 1/8 finalda uduzdu, Abbasov medalsız qaldı ● Millimiz yığmanı məğlub etdi ● Bölgə klubunda yeni baş məşqçi ● Azərbaycan çempionundan ayrılıb Bundesliqa klubuna gedir ● Asiya Kuboku: Yarışda Azərbaycanı təmsil edəcək cüdoçular ● FİFA U-15 Dünya Çempionatı: Milli komandamızın növbəti rəqibi bəllidir ● CEV Çelenc Kuboku: Təmsilçisimiz Danimarka klubu ilə üz-üzə gələcək ● Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Polşada mübarizəyə başlayır ● FİBA Çempionlar Liqası: "Sabah" bu gün ilk ev matçına çıxır ● Nihat qızıl medalın astanasındadır, Həsrət bürünc medala ümid edir ● "Qızıl top"un qalibi müəyyənləşdi ● Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ●

"Dünya futbolunda da olan hallardır, bunu düşünüb oyuna hazırlaşmışdıq"

Bölmə adı Qarabağ
Yayımlandı Dünən, 10:54

"Qarabağ" Misli Premyer Liqasının 9-cu turunda "Sabah"la üz-üzə gəlib - 0:0.

Sport1.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"​Maraqlı oyun alındı, yaxşı mübarizə, yaxşı dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst oynayan rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq. Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".

- ​"Qarabağ"ın xeyli müddətdir ki, "Sabah"ı məğlub edə bilməməsi futbolçulara psixoloji təsir göstərirdi?

- ​Belə hallar olur. Amma normal prosesdir. Dünya futbolunda da olan hallardır. Bunu düşünməyərək oyuna hazırlaşmışdıq.

- ​Martin Zlomisliç nə vaxt sıraya dönəcək?

- ​Yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq.

- ​Martin nəyə görə sıradan çıxıb?

- ​Əzələ problemidir.

- ​Cəmi 3 əvəzetmədən istifadə etdiniz. Ehtiyat qüvvə istədiyiniz qədər yox idi, yoxsa necə?

- ​Düzünü desəm, hansısa dəyişiklikləri fikirləşdim. Amma temp elə idi ki, vaxtı saxlamaq, balansı çox pozmaq istəmədik. Oyun gedə-gedə düşünürdük ki, temp qalsın.

- ​Joni Montiel komandadan getmişdi, geri qayıtdı...

- ​Zədəlidir. "Neftçi" ilə matçda son dəqiqələrdə əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR