son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

"Ağlamaq fikrim yoxdur"

Bölmə adı Kəpəz
Yayımlandı Dünən, 23:23

"Kəpəz" Misli Premyer Liqasının 8-ci turunda "Zirə" ilə qarşılaşıb - 1:1.

Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Azarkeşlərimizə təşəkkür edirəm. Bir məşqçi kimi kənardan onların dəstəyini hiss edirəm. Komandamla fəxr edirəm. Yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz var idi. Buna baxmayaraq komanda pis təsir bağışlamadı. Bu gün çox güclü komandaya qarşı oynadıq. Düşünürəm ki, nəticə pis deyil, 1 xal qazandıq".

- Stadionda sizin futbolçu vaxtınızda olan atmosfer yaxşı idi, yoxsa indiki?

- Biz oynayan vaxtlarda "Kəpəz" həmişə yüksək yerlər üçün mübarizə aparıb. Ona görə də azarkeş sayı çox idi. İndi fərq odur ki, hazırda komanda yüksək yerlər uğrunda oynamır. Ona görə də bu gün bura bu qədər azarkeşin gəlməsi uğurdur. "Kəpəz" gələcəkdə yüksək yerlər uğrunda oynasa, stadionda yer çatmayacaq.

- Komandanız sanki meydana 1 xal üçün çıxmışdı...

- Çalışırdıq ki, 1:0 hesablı üstünlüyü qoruyaq. Amma adi səhvdən qol buraxdıq.

- Komandanınızın hədəfi nədir?

- 3 il əvvəl də burada idim. Həmin vaxt maliyyə daha az idi. "Sabah" Çempionlar Liqasında iştirak etdiyi üçün bizə də müəyyən qədər maliyyə gəldi. Bilirəm ki, bura hansı büdcəyə gəlmişəm. Ağlamaq fikrim yoxdur, sadəcə həqiqətləri demək istəyirəm. Rəhbərliklə danışığımız olub ki, hədəf Prremyer Liqada qalmaqdır. Daha yuxarı pillələrə yüksəlmək şansımız varsa, niyə də istəməyək?

- Rəhbərlik qış "transfer pəncərəsi" ilə bağlı nə düşünür?

- Bizim müəyyən büdcəmiz var. Heyətə 11 legionar cəlb etmişik. Ona görə də 1 legioner gətirmək şansımız var. Bilirsiz ki, 12-dən çox legioner olanda əlavə rüsum ödənilməlidir. Bu da bizim kimi klublar üçün çətindir. Qışda bir legioner hücumçu gətirmək istəyirəm. Yerli futbolçulardan istədiyim kimsə gəlmək istəsə, bundan məmnun olaram.

- Dioqo Verdaska yaşıl meydanlara nə vaxt qayıdacaq?

- Hazırda fərdi məşq edir. Artıq komanda ilə məşqlərə qoşulmasına az qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR