"Turan Tovuz" Misli Premyer Liqasının 8-ci turunda "İmişli"yə uduzub - 0:1.
Sport1.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:
"Bu gün "İmişli" layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, elə standart vəziyyətlərdən də qol buraxdıq. Hansı ki, bu məsələlər üzərində işləmişdik. Amma qol buraxdıq. Əldə etdiyimiz azsaylı qol imkanlardan istifadə edə bilmədik".
- Bilirik ki, əsas üstünlüyünüz standart vəziyyətlərdir. Niyə bu dəfə fərqlənə bilmədiz?
- Standart vəziyyətlər üzərində kifayət qədər çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq alınmır. Rəqib isə bundan istifadə etdi.