son dəqiqə SON DƏQİQƏ
"Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ● Emreli - Koxalski duelində sevinən tərəf yığmamızın üzvü oldu ● Qadınlar Super Liqasının yeni titul sponsoru müəyyənləşdi ● DÇ-2028: Millimiz Çexiyaya uduzub ● "Neftçi" "Qarabağ"la qarşılaşmadan öncə son məşqə çıxıb ● Azərbaycanın daha bir klubu baş məşqçisi ilə yolları ayırıb ● Yeniyetmə taekvondoçular təlim-məşq toplanışında iştirak ediblər ● "İmişli"də yeni təyinat ● Günün oyunları: ● Bakıda ilk dəfə sumo üzrə Dünya Çempionatı turniri keçirilir ● "Bu, komanda daxili məsələdir, sizə nəsə deyə bilmərəm" ● "Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün tam 10 dəqiqə vaxt sərf etdik" ● "Sumqayıt" ikinci qələbəsini qazandı ● "Şamaxı" əzmkar qələbə qazandı ● "Gəncəbasar" ilk dəfə məğlub oldu ●

"Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil"

Bölmə adı Sabah
Yayımlandı Dünən, 18:34

"Sabah" Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ"ni məğlub edib - 4:0.

Sport1.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra mətbuat konfransında iştirak edib:

- Bu oyun "Borussiya" (Dortmund) ilə matçın hazırlığını baxımından faydalı oldu?

- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.

- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədir?

- Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər heç mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm.

- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir?

- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. Çempionlar Liqasında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçulardan biridir. Onun peşəkar yanaşması yaxşıdır. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR