"Neftçi" Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"la qarşılaşıb - 3:3.
Həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın futbolçusu Qustavo Klismanın
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyunun son dəqiqələrində qələbəni əldən verdiniz. Qarşılaşmanı necə dəyərləndirirsiniz?
- Məğlubiyyətlə ayrıldığımız üçün təəssüflənirəm. Əlimizdə nəticə var idi, amma onu sona qədər qoruya bilmədik və sonda əldən verdik. Buna baxmayaraq, azarkeşlərimizə göstərdikləri dəstəyə, oyunçularımıza isə meydanda nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edirəm. Qələbə üçün əlimizdən gələni etdik, amma futbolda belə hallar olur.
- Ardıcıl iki oyunda cəmi iki xal qazanmısınız. Bu nəticələr çempionluq yarışında sizə necə təsir göstərəcək?
- Əlbəttə, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Ancaq dediyim kimi, futbolda belə hallar olur. Əlimizdən gələni etdik, lakin istədiyimiz nəticəni əldə edə bilmədik. İndi irəliyə baxmalı və növbəti oyunlara hazırlaşmalıyıq.
- Bu gün stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərin dəstəyini necə qiymətləndirirsiniz?
- Azarkeşlərimizə təşəkkür edirəm. Onlar bizim 12-ci oyunçumuzdur və onların dəstəyinə çox ehtiyacımız var. Hər oyunda belə dəstək görsək, daha yaxşı nəticələr qazana və daha çox qol vura bilərik.
- Azarkeşlərin yaratdığı atmosfer sizi də həyəcanlandırdı?
- Bəli, mən də çox həyəcanlandım. Bəzi anlarda tüklərim biz-biz oldu. Eyni zamanda, oyunçularımıza meydanda göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Hər biri əlindən gələni etdi.
- Matçda dubl etdiniz. Qarşılaşmanı şəxsi performansınız baxımından necə dəyərləndirirsiniz?
- Hər oyunda qol vurmağa çalışan futbolçu kimi bu qarşılaşmada da iki qol vurmaq imkanım oldu. Təəssüf ki, sonda qələbə qazana bilmədik. Mənim üçün əsas komandanın uğurudur. "Sabah" və "Qarabağ" kimi güclü komandalara qarşı oyunlar həmişə çətin keçir. Onlar güclü rəqiblərdir, amma biz də öz oyunumuzu göstərdik və sona qədər mübarizə apardıq.
- Çempionluq mübarizəsində itirilən xallar komandanıza necə təsir edə bilər?
- Uzun marafonda itirilən hər xal vacibdir. Bunu yaxşı başa düşürük. Amma əsas odur ki, sona qədər mübarizə aparacağıq və məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.