son dəqiqə SON DƏQİQƏ
"Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ● Emreli - Koxalski duelində sevinən tərəf yığmamızın üzvü oldu ● Qadınlar Super Liqasının yeni titul sponsoru müəyyənləşdi ● DÇ-2028: Millimiz Çexiyaya uduzub ● "Neftçi" "Qarabağ"la qarşılaşmadan öncə son məşqə çıxıb ● Azərbaycanın daha bir klubu baş məşqçisi ilə yolları ayırıb ● Yeniyetmə taekvondoçular təlim-məşq toplanışında iştirak ediblər ● "İmişli"də yeni təyinat ● Günün oyunları: ● Bakıda ilk dəfə sumo üzrə Dünya Çempionatı turniri keçirilir ● "Bu, komanda daxili məsələdir, sizə nəsə deyə bilmərəm" ● "Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün tam 10 dəqiqə vaxt sərf etdik" ● "Sumqayıt" ikinci qələbəsini qazandı ● "Şamaxı" əzmkar qələbə qazandı ● "Gəncəbasar" ilk dəfə məğlub oldu ●

"Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" - Beqiri

Bölmə adı Qəbələ
Yayımlandı Dünən, 19:24

"Qəbələ" Misli Premyer Liqasının 8-ci turunda son çempion "Sabah"a uduzub - 0:4.

Sport1.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Birinci hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik. Son 15 dəqiqədə 3 qol buraxdıq. Bir neçə oyunçumuz bu gün yox idi. Müdafiədə yaxşı oynaya bilmədik".

- 2 oyunda komandanız 8 qol buraxıb. Problemin səbəbi nədir?

- Son iki matçda müdafiədə pis oynamışıq. Amma sırf hansısa mövqeni və ya oyunçunu günahlandırmayacam. Bu, komandanın səhvidir. Komanda şəklində bunları düzəltməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdu. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar.

- Ardıcıl iki ağır məğlubiyyətdən sonra komanda "Araz-Naxçıvan"la matç ərəfəsində necə toparlanacaq?

- Heç bir oyun asan deyil. Qalib gəlməyə çalışacağıq. "Araz-Naxçıvan"ın oyununa baxmışam. Yaxşı komandadır. Ümumiyyətlə Azərbycan Premyer Liqasında bütün komandalar yaxşıdır, çempionatın keyfiyyəti yüksəkdir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR