Peşəkar Futbol Liqası (PFL) tərəfindən "Qarabağ"ın çempionatda 1000-ci oyunu münasibətilə xüsusi xatirə hədiyyəsi hazırlanıb.
Sport1.az xəbər verir ki, hədiyyə Ağdam təmsilçisinin 1000 oyunun hər birində futbolçu və ya klub rəsmisi kimi iştirak etmiş Şahid Həsənova təqdim olunub.
Ölkə çempionatlarında indiyədək keçirilən bütün mövsümlərdə iştirak edən "Qarabağ” və"Neftçi" klubları ötən günlərdə çempionatda 1000-ci oyunlarını keçiriblər.