son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

"Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün tam 10 dəqiqə vaxt sərf etdik"

Bölmə adı Sumqayıt
Yayımlandı 16-10-2026, 22:51

"Sumqayıt" Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"ı məğlub edib - 2:1.

Sport1.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Filipe Kandido oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəliş gözlənilən idi. Bugünkü oyuna pis başladıq. Bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə oynayaraq bizə sürpriz hazırlamışdı. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün tam 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi baxımdan güclü futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər edərək yaxşı oynadıq. Çoxsaylı qol imkanları yaratdıq. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik".

- "Araz-Naxçıvan"ın qoluna qədər "Sumqayıt"ın qorxaq futbol oynadığını görürdük. Bu bir tapşırıq idimi?

- Düşünmürəm ki, biz qorxaq futbol oynadıq qola kimi. Amma, bildirdiyiniz kimi qoldan sonra sanki ayıldıq və rəqibin üzərinə gedərək qollar vuraraq qalib gəldik.

- Əsas hücumçuların yoxluğunda Nihad Əhmədzadə ilə oyuna başladınız...

- Komandanın 2 hücumçusunu eyni anda itirmək gözlənilməz oldu. Nihad gənc oyunçumuzdur.Əlindən gələni etdiyini düşünürəm. Etimadımızı doğrultdu.

- Növbəti tur sizi “Zirə” ilə oyun gözləyir. "Sumqayıt" artıq 6 ildir ki, bu rəqibə qalib gələ bilmir. Rəqib haqqında məlumat toplamısınız? Qələbənin yolunu tapa biləcəksiniz?
- Onların oyunlarına baxmışam, amma təhlili gələn həftə aparacağıq. Belə bir statistikadan xəbərim yox idi. Bu uğursuz seriyaya son qoymağa çalışacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR