son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

"Bu, komanda daxili məsələdir, sizə nəsə deyə bilmərəm" - MAKSİMOV

Bölmə adı Araz-Naxçıvan
Yayımlandı 16-10-2026, 23:11

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"a məğlub olub - 1:2.

Sport1.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Yuri Maksimov mətbuat konfransında iştirak edib:

"Birinci hissə pis oynamırdıq. Hesab da öndə idik. Bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz".

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?

- Bu, komanda daxili məsələdir. Sizə nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...

- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?

- Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?

- Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR