"Liv Bona Dea Hospital" Qadınlar Super Liqasının titul sponsoru olacaq.
Sport1.az xəbər verir ki, 2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat "Liv Bona Dea Qadınlar Super Liqası" adı altında keçiriləcək.
Bu gün start götürən Azərbaycan Qadınlar Super Liqasının yeni mövsümündə yarışın adının və formatının dəyişdirilməsi ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.