Azərbaycanın minifutbol üzrə U-23 yığması Dünya Çempionatında üçüncü yer uğrunda matçda məğlub olub.
Sport1.az xəbər verir ki, İlkin Hacıyevin komandası sözügedən oyunda Macarıstan millisi ilə bacarmayıb.
Yığma əsas vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib - 2:3.
Xatırladaq ki, Azərbaycan komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzub.