son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

Rəhim Həsənov sistemə təslim oldu! - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 16-10-2026, 19:49

Premyer Liqada 8-ci tur başlayıb.

Ümid edirəm, bu dəfə hakimlər mübahisəli qərarları ilə gündəmə gəlməz. Amma qalmaqalın olmaması ədalətin təmin olunduğu demək deyil. Azərbaycan futbolunda bəzən qərarın özündən çox, səbəbini öyrənmək çətindir.

Ötən həftə Hakimlər Komitəsinin sədri Rəhim Həsənov oyunlardakı mübahisəli epizodları dəyərləndirmədi. Barış Şimşəyin “CBC Sport”da başladığı, Frank de Blekerin AFFA-nın rəsmi “Youtube” kanalında davam etdirdiyi layihə də dayandırıldı. Təsadüfdür, bəlkə də. Ancaq şəffaflığa ən çox ehtiyac duyulan məqamda təhlillərin dayandırılması bizi işığa yox, daha dərin qaranlığa aparır.

“Neftçi” – “Sabah” matçında Velko Simiçə qırmızı vərəqə göstərməyən Rauf Cabarovun qərarına aydınlıq gətirilməli idi. Həsənov ya bunu deməyə cəsarət etmədi, ya da danışmasına imkan verilmədi. Birinci ehtimal sədrin iradəsini, ikincisi isə sistemin özünü sual altına salır.

Premyer Liqanın ilk turunda “Sumqayıt” – “Neftçi” görüşündə Səbuhi Abdullazadəyə qırmızı vərəqə göstərilmiş, İntizam Komitəsi futbolçunu beş oyunluq cəzalandırmışdı. Simiçin oxşar hərəkəti isə cəzasız qaldı. Bəs bu fərqin səbəbi nədir? Futbol ictimaiyyəti izahat gözləyir, amma görünür, cavab vermək hələ məcburi prosedura çevrilməyib.

Mənə elə gəlir ki, Həsənov dəyişiklik etmək istəyir, ancaq köhnə referilərin yaratdığı sistem onun qarşısında dayanır. Görünür, Rəhim də onlara təslim oldu! Amma Həsənovun işi həmkarlarını yox, hakimliyə inamı qorumaqdır. Cabarov yanlış qərar veribsə, bunu açıq söyləmək lazımdır. Kimsə Komitə sədrinə mane olursa, həmin məsələ də gizli qalmamalıdır. Əks halda, futbolçu səhvinin cəzasını çəkəcək, hakim isə susqunluğun arxasında rahatlıq tapacaq.

İndi Rəhim Həsənov seçim qarşısındadır. Ya qaydalar hamı üçün eyni olacaq, ya da bəziləri özünü onlardan üstün sayacaq. Rauf Cabarovun səhvini açıqlamamaqla Həsənov, əslində, seçimini etmiş oldu. Heyf! Vəzifəyə təyin olunanda ondan çox şey gözləyirdim. Bu dəfə mənim də güvəndiyim dağa qar yağdı!

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR