Bu gün Azərbaycanın minifutbol üzrə U-23 yığması Dünya Çempionatında yarımfinal matçına çıxacaq.
Sport1.az xəbər verir ki, İlkin Hacıyevin komandası Rumıniya millisi ilə qarşılaşacaq.
U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.
U-23 Dünya Çempionatı. Yarımfinal
14:15 Rumıniya - Azərbaycan
Xorvatiya.