Bu gün "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
Sport1.az xəbər verir ki, təmsilçimiz Bakıda "Slaviya"nın (Praqa, Çexiya) U-19 komandasına məğlub olub.
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi 1-ci turda "Mançester Yunayted"ə (İngiltərə) səfərdə beş cavabsız qolla uduzub.
UEFA Gənclər Liqası. 2-ci tur
"Sabah" (U-19) - "Slaviya" (U-19) 0:3
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
"Əlincə Arena".