son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

Adı "Genk" klubu ilə hallanan Edqar Adilxanov məsələyə aydınlıq gətirdi

Bölmə adı Şamaxı / Manşet
Yayımlandı 11-10-2026, 14:07

"Şamaxı" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə" ilə heç-heçə edib - 1:1.

Həmin qarşılaşmadan bölgə təmsilçisinin futbolçusu Edqar Adilxanov Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Qarşılaşma ilə bağlı fikirləriniz maraqlıdır...

- Gərgin oyun keçdi. "Zirə"nin çətin rəqib olduğunu bilirdik. Çempionatda ən yaxşı müdafiə xətti həmin komandadadır. Uzun müddətdir bir yerdə oynayırlar. Məncə, qələbə qazana bilərdik. Yaratdığımız qol epizodlarından yararlana bilmədik. Təəssüf ki, alınmadı.

- Sosial şəbəkə platformalarında Belçikanın "Genk" klubunun sizinlə maraqlandığına dair xəbər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Həmin xəbərləri mən də gördüm. Klubla bu barədə danışmamışam. Menecerimin də həmin məsələ ilə bağlı məlumatı yoxdur. Fikrimcə, yalan xəbərdir.

- Öncə əsas milliyə çağırıldın. Sonra U-21 yığmamızın düşərgəsinə yollandın. Fasilədən sonra "Şamaxı"nın heyətində də meydana çıxdın. Özünüzü yorğun hiss edirsiniz?

- A millidə iki oyunda meydana çıxdım. Birində 15, digərində təxminən 30 dəqiqə oynadım. Sonra U-21 millisinə yollandım və orada da 70 dəqiqə mübarizə apardım. "Zirə" ilə matçın ikinci hissəsində meydana çıxdım. Yorğunluq hiss edirdim. Məşqçilərimizlə bu barədə danışmışdıq. Lakin bu, mənim işimdir. Bacardığım qədər tez bərpa olunmalı, növbəti oyunlara hazırlaşmalı və komandama maksimum kömək etməliyəm.

- "Zirə" ilə qarşılaşmada hakim dəfələrlə oyunu dayandırdı. Bu amil oyun üslubunuza necə təsir göstərdi?

- Əslində bu məsələ bizə çox təsir etdi. Oyun VAR-a görə tez-tez dayandırılırdı. Çünki biz ikinci hissə daha çox əks-hücumlara "bel bağlayırdıq". "Zirə" də qələbə qazanmaq istədiyi üçün topu özündə saxlamağa çalışırdı. Biz isə topu alıb sürətli hücumlara çıxmağa cəhd göstərirdik. Oyunun tez-tez dayandırılması bizim tempimizi və sürətimizi "öldürürdü". Buna baxmayaraq, məncə, hakim görüşü normal idarə etdi.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR