"Neftçi"nin futbolçusu Sessi Dalmeyda ölkəsinin milli komandasına çağırılıb.
Sport1.az xəbər verir ki, futbolçu Benin yığmasına dəvət alıb.
Xatırladaq ki, Sessinin komandası Afrika Millətlər Liqasının təsnifat mərhələsində Burkina Faso (səfər) və Mavritaniya (ev) ilə qarşılaşacaq.