son dəqiqə SON DƏQİQƏ

Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib - FOTOLAR

Bölmə adı Şahmat
Yayımlandı Bu gün, 14:37

Özbəkistanda keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun partiyaları oynanılır.

Sport1.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov yarışın 6-cı turunda qadınların yarışında keçirilən Azərbaycan - Qazaxıstan matçında ilk gedişi edərək yarışa start verib.

6-cı turda kişilərdən ibarət Azərbaycan millisi Argentinayla, qadın şahmatçıların yığması isə Qazaxıstanla mübarizə aparır.

Kişilərdən ibarət yığma 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət komanda isə 10 xalla 4-cü sıradadır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR