"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.
Sport1.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 6-cı turunun "Sumqayıt"la görüşünə təsadüf edib - 1:1.
Gəncə klubu 720-ci qarşılaşmada "150"yə çatıb.
Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.
"Kəpəz"in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb.
Bərdənin "Pambıqçı" klubu ilə səfər görüşü qolsuz başa çatıb.