1000-ci oyunda 550-ci qələbə

Bölmə adı Neftçi
Yayımlandı Bu gün, 10:33

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

Sport1.az xəbər verir ki, bu, komandanın yubiley - 1000-ci oyununa təsadüf edib.

"Ağ-qaralar" Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qalib gəlib - 3:0.

Bu, 242-ci səfər qələbəsi olub. Paytaxt təmsilçisi evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib.

"Neftçi" "Qarabağ"dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

Bakı klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə ev matçında gerçəkləşib - 1:0.

Müəllif: Sport1.az