"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə çağırılıb.
Sport1.az xəbər verir ki, hücumçu yığmanın Millətlər Liqasında Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr), Qazaxıstan (2 oktyabr) milliləri ilə oyunları üçün dəvət alıb.
Yay "transfer pəncərəsi"ndə "sarı-göylər"lə anlaşan Stina Misli Premyer Liqasında 5 oyuna çıxıb, 2 qol vurub.