son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Filipe Kandido: “Bir xala layiq deyildik”

Bölmə adı Sumqayıt
Yayımlandı 12-09-2026, 22:49

Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

“Hər iki hissədə kifayət qədər epizodlar yaratdıq. Bu gün bir xala layiq deyildik. Komandamda müəyyən inkişaf görürəm. Rəqibimiz təhlükəli idi. Görünür, hələ çalışmalıyıq. Yenə qeyd edirəm, inkişaf edirik, daha yaxşı olacağıq”.

– Növbəti oyunlarda qələbə sözünü verə bilərsiniz?

– Bəli, inanıram ki, hər rəqibə qalib gələ bilərik. Arzu edirəm ki, ilk qələbəmizi qazanaq. Bunu çox istəyirik. Futbolçular çox çalışır, yaxşı hazırlaşır. Bəzi futbolçular cəmi 2-3 məşq edib. Qarşıda vaxtımız var, daha yaxşı olmağa çalışacağıq.

– Yeni transfer Banqre haqqında fikirləriniz nədir?

– Yaxşı oyunçu olduğu üçün onu transfer etmişik. Ümid edirəm ki, bizim üçün faydalı olacaq. Həmişə istəyərəm ki, bütün komanda birlikdə hazırlıq keçsin. Yeni formalaşırıq. Bu gün bir xal qazandıq, bu, kifayət etmir. Növbəti matçlarda qələbə arzulayırıq.

– Qarşıda fasilə olacaq. Bu, sizin üçün faydalıdır?

– Bir tərəfdən yaxşıdır ki, vaxtımız olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milliyə gedəcək və tam heyət olmadan hazırlaşacağıq. İstənilən halda, oyunçuların yığmaya getməsiylə qürur duyuram.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR