son dəqiqə SON DƏQİQƏ
AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer

Amil Ağacanov: “Bu gün “Kəpəz” bizdən daha həvəsli görünürdü”

Bölmə adı Qəbələ
Yayımlandı 12-09-2026, 20:57

Misli Premyer Liqasının V turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç barədə fikirlərini bölüşüb:

“Stadionda möhtəşəm atmosfer var idi. Belə azarkeşlər və infrastruktur Azərbaycan futbolunun inkişafına böyük təkan verir. Oyuna gəlincə, onu iki hissəyə bölərdim. İkinci yarıda birinciyə nəzərən daha yaxşı performans göstərdik, topa daha çox nəzarət etdik, aqressivliyi artırdıq. İlk hissədə isə həddindən artıq top itkisinə yol verdik. İkinci taymda qol buraxsaq da, məşqçilər korpusu olaraq göstərilən oyundan müəyyən dərəcədə razı qaldıq”.

– Ehtiyat heyət baxımından çətinlik çəkirsiniz. Transfer siyasətinizi necə qiymətləndirirsiniz?

– Danışıqlar apardığımız futbolçular var. Transfer pəncərəsi bağlansa da, hələ də müəyyən keçidlər baş tuta bilər. Lakin heyətdə transfer olsun-olmasın, meydana çıxan futbolçu aqressiya və xarakter nümayiş etdirməlidir. Bu gün bizdə məhz bu istək çatışmadı. Məsələn, hansısa oyunçu fərdi keyfiyyətləri və ya taktiki intizamı ilə seçilə bilər, amma istək və xarakter yoxdursa, uğur qazanmaq çox çətin olacaq. Bu gün “Kəpəz” bizdən daha həvəsli görünürdü və layiqli qələbə qazandı.

– Keçmiş komanda yoldaşlarınızın oyunu izləməyə gəldiyindən xəbəriniz var idi?

– Bəli, məlumatım var idi, əvvəlcədən danışmışdıq. Sağ olsunlar ki, əziyyət çəkib bizə dəstək olmağa gəlmişdilər. Çox istərdik ki, azarkeşlərimizi sevindirək, amma alınmadı. Rəqibi yaxşı analiz etmişdik və matça ciddi hazırlaşmışdıq. Sadəcə, vurğuladığım kimi, hər şeydən üstün olan xarakterdir. Bu gün bizə məhz xarakter və qələbə əzmi çatışmadı.

– Birinci hissədəki mübahisəli penalti epizodu barədə nə düşünürsünüz?

– Epizoda baxdıq, bizə görə 50/50-yə bir vəziyyət idi. Hakimlər haqqında danışmaq istəmirəm, yəqin ki, hansısa ciddi qayda pozuntusu görsəydilər, penalti təyin edərdilər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR