son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"İstədikləri hegemon “Kəpəz”i görmək çətin olacaq"

Bölmə adı Kəpəz
Yayımlandı 12-09-2026, 20:32

Misli Premyer Liqasının V turunda keçirilən “Kəpəz” – “Qəbələ” (1:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, ilk növbədə mütəxəssis qalibiyyəti şərh edib:

"Hər oyunda qələbə qazanacaq gücdə deyilik. Amma biz hər oyuna qələbə üçün çıxacağıq, qələbəni istəyəcəyik. Ötən turdakı 1:4 hesablı məğlubiyyətdən sonra özümü və komandamızı çox analiz etdim. Düşündüm ki, komandamız hələlik hər oyunda bir nömrə və qələbə üçün oynamağa hazır deyil. Allah qoysa, gələcəkdə şəhərimizin azarkeşləri güclü “Kəpəz” görəcəklər. Bəzi qeyri-səmimi olan azarkeşlərimiz var. Hansı ki, hər məğlubiyyətdən sonra “Kəpəz” haqda sözlər danışırlar, sosial şəbəkələrdə də belə edirlər. Burada oturan baş məşqçiyə, “Kəpəz” camiəsinə imkan verməsələr, komanda hər zaman belə olacaq. İstədikləri hegemon, əvvəlki “Kəpəz”i görmək çətin olacaq. Burada işləyən hər məşqçiyə zaman vermək lazımdır ki, mərhələ-mərhələ “Kəpəz”i əvvəlki durumuna gətirsin. İstər mən olum, istərsə də başqası. Biz “Qəbələ”ni analiz edəndə çox dinamik komanda kimi görmüşdük. Çox yaxşı komandaya qarşı oynayırdıq. Analizimiz də düzgün oldu. Bəzi futbolçular var ki, onları zərərsizləşdirdik ki, oyunları alınmasın. Futbolçularımız möhtəşəm oynadılar. Ötən turdakı məğlubiyyətə görə çox məyus idim. Həm də oyuna görə. Bu gün uduzsaydıq da, məyus olmayacaqdım”.

- Sanki komanda oyunu yox idi. Daha güclü klublara qarşı necə oynayacaqsınız? Nə qədər vaxtdan sonra daha güclü “Kəpəz” görəcəyik?

- Mən sizdən bir az fərqli düşünürəm. Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda həm gözəl, həm də bir nömrə oynamağa hələlik hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq.

- Bir məğlubiyyətdən sonra futbolçular eyforiyaya qapıldılar və daha sonra acı məğlubiyyət aldınız. İndi yenə qalib gəldiniz. Növbəti rəqibiniz “Sumqayıt”dır. Qorxu var ki, yenə eyni şey olar?

- Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya nəinki mən, heç kim qapılmayacaq.

- Dioqo Verdaşkanın sıradan çıxması planlarınızı nə qədər alt-üst edib?

- Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib. David son oyununu altı ay əvvəl oynayıb, oyun praktikası yox idi. Amma bu gün çox yaxşı oynadı və heç bilinmirdi ki, oyun praktikası var, ya yox.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR