son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Azərbaycan futbolunda növbəti kuryoz hadisə - AFFA nümayəndəsi oyuna gecikdi

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 12-09-2026, 19:30

Futbol sferasında çalışanlar yaxşı bilir ki, matçların keçirilməsində ən məsul şəxs AFFA nümayəndələridir.

Qaydalara əsasən, onlar hamıdan tez stadionda olmalı, ən azı 2 saat əvvəl klub rəsmiləri, eləcə də təşkilatçılığa cavabdeh şəxslər və təhlükəsizliyə məsul dövlət qurumlarının nümayəndələri ilə iclas keçirməli, tapşırıqlarını verməli, hər şeyin vaxtında icra olunmasını tələb etməlidirlər. Bu görüş o qədər önəmlidir ki, hətta iclasa qatılmayan rəsmilərinə görə klublar cəzalanır.

Sport1.az-a daxil olan məlumata görə, saat 19:45-də start götürəcək Misli Premyer Liqasının 5-ci turunun “Sumqayıt” – “Şamaxı” oyunu ilə bağlı kuryoz hadisə yaşanıb. Qarşılaşmanın AFFA nümayəndəsi Zümrüd Ağayeva iclasa gəlməyib. Bunu görən rəsmilər də xeyli gözlədikdən sonra dağılışıblar. İclasdan 40 dəqiqə keçdikdən sonra məsul şəxs stadiona təşrif buyurub. Klub rəsmiləri ilə ayaqüstü söhbət edərək tapşırıqlar verib.

Maraqlıdır ki, Zümrüd xanım həm də UEFA nümayəndəsi kimi ölkəmizi beynəlxalq oyunlarda təmsil edir. Görəsən, xarici oyunlara geciksə, Ağayevanın, elə AFFA-nın da durumu necə olar?

Görəsən, Zümrüd xanımı kim cəzalandıracaq? Cahangir Fərəcullayev? Deyilənə görə, Zümrüd Ağayeva baş katibin ən sevimli kadrlarındandır.

O baş katibin ki, özünün güc sahibi olduğunu göstərmək üçün AFFA nümayəndəliyini, başqa sözlə, oyunların təşkilində əsas şəxslərin təyinatı hüququnu buna cavabdeh əsas qurumdan – PFL-dən aldırdı.

Ümumiyyətlə, bu halın özü belə kuryozdur. Yarışı bir qurum həyata keçirir, nümayəndəni başqası təyin edir. Bunun nəticəsi də belə gülməli vəziyyətə səbəb olur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR