SON DƏQİQƏ
14 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən EVOQ Challenge Cup Pre Season Yalova beynəlxalq mövsümöncəsi hazırlıq turnirində uğurlu çıxış edib.
Sport1.az xəbər verir ki, millimiz turnir çərçivəsində 4 qarşılaşma keçirib.
Azərbaycan yığması ilk üç matçda qələbə qazanıb. Son görüşdə isə “Bursa Finalspor”a məğlub olan komandamız turniri ikinci pillədə başa vurub.
Millimizin nəticələri:
Azərbaycan – “Falcons B” 64:57
Azərbaycan – “AESK” 100:39
Azərbaycan – “Bursa SAS” 52:47
Azərbaycan – “Bursa Finalspor” 56:91