"Neftçi" Basketbol Klubu daha bir oyunçu ilə anlaşıb.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" müdafiəçi Şakeyl Praysı heyətinə cəlb edib.
Kanadalı basketbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Praysın çıxış etdiyi son klub Niderlandın "Luvarden" komandası olub.