son dəqiqə SON DƏQİQƏ
AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer

Millimizdə yeni təyinat - RƏSMİ

Bölmə adı Basketbol
Yayımlandı 8-09-2026, 11:32

Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin edilib.

Sport1.az xəbər verir ki, o, U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru və baş məşqçisi olacaq.

Meriç son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi çalışıb.

O, 2023/24 mövsümündə "Gəncə"yə, növbəti iki mövsümdə isə "Şəki" Basketbol Klubuna rəhbərlik edib.

Bedri Meriçin rəhbərliyi altında "Şəki" 2024/25 mövsümündə Azərbaycan Çempionatının bürünc medalını qazanıb.

Komanda 2025/26 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.

Meriç Azərbaycandakı fəaliyyətindən əvvəl Türkiyə Basketbol Liqasında köməkçi məşqçi, Türkiyə Basketbol 2-ci Liqasında isə baş məşqçi kimi fəaliyyət göstərib.

O, həmçinin TED Ankara Koleji və Atakule Spor Akademiyasında aşağı yaş qrupları ilə işləyib.

Yeni təyinatı ilə bağlı danışan mütəxəssis əsas məqsədin gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi olduğunu bildirib:

"Əsas məqsədimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarımızda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR