son dəqiqə SON DƏQİQƏ
"Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurub “Neftçi” Estoniya klubunu məğlub edib Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram"

"Qarabağ"da ayrılıq "səsləri": "Komanda etibarlı əllərdədir"

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 7-09-2026, 12:24

"Qarabağ" Misli Premyer Liqasının 4-cü turunda "Araz-Naxçıvan"ı məğlub edib - 3:2.

Həmin matçdan sonra "Qarabağ"la yolları ayırmaq üzrə olan qapıçı Mateuş Koxalskinin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Əvvəlcə sizin üçün xüsusi olan son oyun barədə fikirlərinizi bildirərdiniz…

- Mənim üçün ən xüsusi matç oynadığım son oyun idi. Düşünürəm ki, “Qarabağ” bu görüşdə 3 xal qazanmaqla çempionluq yolunda davam etmək üçün vacib olanı etdi.

- "Qarabağ"dan ayrılmaq qərarını necə qəbul etdiniz?

- Əminəm ki, hazırda "Qarabağ"ın iki yaxşı qapıçısı var - Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Ayrılmağım üçün yaxşı zamandır, çünki komanda etibarlı əllərdədir. Bu, heç asan qərar deyil. Amma bu, mənim qərarımdır və düşünürəm ki, hər kəs üçün yaxşı olacaq.

- Bu qərarı nə vaxt vermişdiz?

- Bu qərarı ötən mövsüm başa çatdıqdan sonra vermişdim. Həyatımda təkcə futbol ən vacib şey deyil, pul da əsas məsələ deyil. Həyatım və ailəm mənim üçün daha önəmlidir. Hər günüm mənim üçün vacibdir. Ona görə də bu qərarı verdim.

- "Qarabağ"da çoxlu vacib oyunlar keçirmisiniz. Azarkeşlər haqqında nə düşünürsünüz? Onlara son sözləriniz nədir?

- Hər şey üçün təşəkkür edirəm. Mən buradan nəyinsə səhv getdiyi üçün ayrılmıram. Azərbaycanı və buradakı insanları sevirəm. Burada tanış olduğum bütün insanlar mənə kömək etdilər, mənə hər şeyi verdilər. Bura gələndə adi bir qapıçı idim, amma indi hamı məni tanıyır. Siz məni daha böyük etdiniz. Buna görə bütün dəstəyiniz üçün təşəkkür etmək istəyirəm.

- "Qarabağ" karyeranızda ən unudulmaz oyun hansı olub?

- Çempionlar Liqasında “Napoli”yə qarşı səfər oyununu deməyəcəyəm, çünki uduzduq. Bəlkə də “Çelsi” ilə evdə keçirdiyimiz görüşü qeyd edə bilərəm. Böyük komandaya, Premyer Liqa təmsilçisinə qarşı oynadıq. Düşünürəm ki, bütün futbolçular belə səviyyədə oynamaq arzusundadır. Ona görə də bəlkə həmin oyun. Amma indi konkret bir qarşılaşmanı seçmək mənim üçün çətindir. Çoxlu yaxşı oyunlarım olub.

- Bir neçə dəfə İngiltərə Premyer Liqasında oynamaq istədiyinizi bildirmişdiniz. Sizcə, “Qarabağ”dan ayrılmaq qərarını bir qədər gec vermədiniz?

- Bəlkə də. Amma indi vəziyyət bir qədər çətindir, çünki yalnız çempionatda oynayırıq. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan Kuboku üçün üç qapıçıya çox yer yoxdur. Ona görə də ayrılmaq üçün yaxşı zamandır.

- Daha böyük bir kluba transfer olunacağınızı gözləyirdik. Bizim fikrimizcə, daha böyük klubda oynamağa layiq idiniz…

- Təşəkkür edirəm, amma daha böyük kluba keçmək üçün heç bir variantım yox idi.

- “Qarabağ”ın Çempionlar Liqasından və digər Avropa kuboklarından kənarda qalması sizin qərarınıza təsir etdi?

- Xeyr. Daha əvvəl də dediyim kimi, bu qərarı əvvəlcədən, mövsümöncəsi vermişdim.

- “Qarabağ”dakı karyeranızı bir neçə sözlə necə ifadə edərdiniz?

- Möhtəşəm təcrübə idi. Burada özümü məşhur insan kimi hiss edirəm. Şəhərə çıxanda hər 5 dəqiqədən bir kimsə yanıma gəlir və şəkil çəkdirmək istəyir. Mənim üçün çox, çox yaxşı və gözəl idi.

- Gələcəkdə yenidən Azərbaycana, “Qarabağ”a qayıtmaq istərdiniz?

- Gələcəkdə nə baş verəcəyini görəcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR