son dəqiqə SON DƏQİQƏ
"Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurub “Neftçi” Estoniya klubunu məğlub edib Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram"

"Onunla bağlı "Neftçi"nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi"

Bölmə adı Neftçi / Manşet
Yayımlandı 6-09-2026, 14:21

"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda "Şəfa"nı məğlub edib - 4:1.

Həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın qapıçısı Emil Balayevin Sport1.az-a müsahibəsini təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Premyer Liqanın debütantına qarşı oynayırdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq. Çünki “Şəfa” qapanacaqdı. Zaur Həşimovun işini qeyd etmək lazımdır. Yaxşı təşkil olunmuş komandadırlar. Özünüz də gördünüz ki, ilk hissə bizim üçün çətin keçdi. Yalnız uzaq məsafədən qol vura bildik. Fasilədən dərhal sonra qapımızda qol gördük. Hesab bərabərləşdikdən sonra üstünlüyü ələ aldıq. Lazımi qolları vurduq və yekunda qələbə qazandıq.

- Demək olar ki, "Neftçi" 1:1-dən sonra ayıldı?

- Ayılmaq yox, sadəcə müəyyən vaxt rəqib oyunumuza, təzyiqimizə tab gətirirdi. Lakin 60-cı dəqiqədən sonra uşaqlar məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirə bildilər. Bu da qolları gətirdi.

- Şənbə günü olsa da, azarkeş çox az idi. Sizcə, bu nədən irəli gəlirdi?

- Onu dəqiq deyə bilmərəm. Ən azından "Forza Neftçi"yə təşəkkür edirəm. Onlar üçün evdə, yaxud səfərdə oynamağımızın fərqi yoxdur, hər zaman bizi dəstəkləyirlər. Onların dəstəyi bizi daha da ruhlandırır.

- 4 oyuna 9 xal. Startı "Neftçi" üçün nə dərəcədə uğurlu saymaq olar?

- "Neftçi"nin adı bizi həmişə maksimum nəticələr üçün oynamağa vadar edir. Ona görə biz istərdik ki, keçən tur da maksimum nəticə qazanaq. Lakin alınmadı. Mövsüm uzundur. Önümüzə baxmalıyıq. Səhvlərimizdən nəticə çıxmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq.

- 6-cı turdan sonra “Neftçi”ni gərgin qrafik gözləyir. Ardıcıl olaraq "Sabah", "Qarabağ" və "Turan Tovuz"la üz-üzə gələcəksiniz. Demək olar ki, bu 3 oyun öncəsi "Neftçi"nin hədəfi qarşıdakı "İmişli" və "Qəbələ" səfərlərində maksimum nəticə toplamaqdır?

- 2 turdan sonra hələ milli fasiləsi var. Əslində həm "İmişli", həm də "Qəbələ" yaxşı komandadır. Gələn tur Yevlaxda oynayacağıq. Buna qədər cari mövsüm süni ot örtüyündə meydana çıxmamışıq. Çalışacağıq ilk növbədə Yevlax səfərində qələbə qazanaq. Komandamızın qarşısında öhdəliklər var. Onları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.

- Minsk "Dinamo"su ilə oyunda hesab 2:0 olarkən bir qurtarış etdiniz və zədələndiniz. Az sonra isə bir qədər uğursuz qol buraxdınız. Düşünmürsünüz ki, ilk epizodda əvəzlənsəydiniz, həm sizin üçün, həm də "Neftçi" üçün daha yaxşı olardı?

- Karyeramda çox zədələr olub. Müəyyən zamandan sonra insan ağrılarla oynamağa alışır. Mən də həmin anda zədəni hiss elədim, amma fikirləşirdim ki, komandama meydanda yardımçı olum. Belə hallar tez-tez olur. 2 il əvvəl "Kəpəz"lə oyunda öz müdafiəçimiz Mark Tamaşla oyunda toqquşmuşdum. Ondan sonra 1 ay yaşıl meydandan uzaq qaldım. Elə xarakterim var ki, ağrılara öyrəncəliyəm. İstədim meydanda olum. Fasilədə gördüm ki, ağrılarım artır və buna görə də əvəzləndim.

- Həmin vaxt Kenan Piriçin menecerinin şərhi geniş müzakirələrə səbəb oldu...

- Onunla bağlı "Neftçi"nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi. Artıq şərhə ehtiyac duymuram. Həm də artıq Piriçin də, menecerinin də "Neftçi" ilə əlaqəsi yoxdur. Onlara da gələcək karyeralarında uğurlar arzulayıram.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR