Çinin Şanxay şəhərində keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsində ilk oyun gününün görüşləri davam edir.
Sport1.az xəbər verir ki, mövsümün final mərhələsində "Neftçi SOCAR" klubu ikinci qrup oyununda Niderland millisinə uduzub - 12:22.
Təmsilçimiz sonuncu qrup oyununda Almaniya seçməsi üzərində 16:11 hesablı qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edib.
Final mərhələsinin həlledici oyunları 6 sentyabrda keçiriləcək.