Azərbaycan Basketbol Federasiyası U-14 və aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Milan Kotarac arasında əməkdaşlıq başa çatıb.
Sport1.az xəbər verir ki, 2 il bu vəzifədə çalışan mütəxəssis aşağı yaş qrupları üzrə perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində fəaliyyət göstərib.
Bu müddətdə o, gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsinə hazırlanmasına xüsusi diqqət ayırıb.