son dəqiqə SON DƏQİQƏ
2 məşhur hakimimiz UEFA-nın seminarında iştirak edib Bölgə təmsilçisi "Sabah"ın futbolçusunu icarəyə götürdü Toral Bayramovun komandasından darmadağın Serbiyalı mütəxəssis Azərbaycan klubunda çalışacaq Mahir qol vurdu, komandası uduzdu "Mançester Yunayted"in rəsmi saytı "Sabah"la oyun haqda bunları yazdı "Şahdağ Qusar" mövsümə qələbə ilə başladı "Səbail" "Xankəndi" ilə bacarmadı "Kəpəz" növbəti rekordu hədəfləyir Azərbaycanlı Dünya Kubokunun qalibi oldu "Kəpəz" bir ailədir" "Zirə" bu futbolçu ilə 3 illik müqavilə imzaladı Azarkeşləri "Sumqayıt"ı ziyana saldı Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat "Kəpəz"ə 6200 manatlıq Kadi Borgesin cəzası açıqlanıb, "Qarabağ" 3000 manat cərimələnib

Serbiyalı mütəxəssis Azərbaycan klubunda çalışacaq

Bölmə adı Voleybol
Yayımlandı Bu gün, 22:51

Serbiyalı mütəxəssis Daniel Mişiç 2026/27 mövsümündə “Ordu” İdman Klubunun fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edəcək.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis karyerası ərzində müxtəlif ölkələrin milli komandalarında və aparıcı klublarında fəaliyyət göstərib. O, Serbiya (2013–2015, 2022–2024), İran (2017–2020), Mərakeş (2021) və Şimali Makedoniya (2021) millilərində, həmçinin Türkiyənin “Halkbank” (2024–2026), Ukraynanın “Episentr-Podolyanı” (2023/2024), Rusiyanın “Omiçka” (2015/2016), Rumıniyanın “Tomis Konstanta” (2009–2013), BƏƏ-nin “Əl-Əyn” (2007/2008) və Monteneqronun “Buduçnost Podqoritsa” (2004–2008) komandalarında çalışıb.

D.Mişiç beynəlxalq karyerası ərzində Asiya çempionatı və Asiya Oyunlarının qızıl, Dünya Böyük Çempionlar Kubokunun (“Grand Champions Cup”) və Avropa çempionatının bürünc medalları, həmçinin müxtəlif ölkələrin milli çempionatlarında titullar da qazanıb.

Qeyd edək ki, Daniel Mişiç 2024-cü ildə Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi kimi iştirak edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR