SON DƏQİQƏ
Misli Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 4-də "Kəpəz" və "Şamaxı" komandaları arasında keçiriləcək matça artıq 7000 bilet satılıb.
Sport1.az xəbər verir ki, futbol həvəskarları biletləri həm iticket.az saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər. Qarşıdakı görüşə biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Bilet satışı bu templə davam edərsə, avqustun 30-da "Kəpəz" - "Turan Tovuz" oyununda qeydə alınan 13500 tamaşaçı rekordunun yenilənəcəyi gözlənilir.
Xatırladaq ki, oyun sabah saat 20:15-də başlanacaq.