"Neftçi" 2500 manat cərimələnib.
Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunun "Zirə" ilə görüşündə qırmızı vərəqə alan Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.
"Ağ-qaralar" isə 500 manat ziyana düşüb.
Bununla yanaşı, paytaxt təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Neftçi" komandası 2000 manat cərimələnib.