Bu gün I Liqada 2026/27 mövsümünə start verilib.
Sport1.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
MOİK "Şahdağ Qusar"la, "Bakı Sportinq" "Karvan-Yevlax"la, "Xankəndi" "Səbail"lə üz-üzə gəlib.
I Liqa. 1-ci tur
3 sentyabr
17:00 MOİK - "Şahdağ Qusar" 0:1
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə
Binə qəsəbə stadionu.
17:00 "Bakı Sportinq" - "Karvan-Yevlax" 0:3
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev
"Baku Sportinq Arena".
17:00 "Xankəndi" - "Səbail" 1:1
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov
Şamaxı OİK stadionu.