"Qarabağ"ın futbolçusu Kadi Borgesin cəzası açıqlanıb.
Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 3-cü turunun "Sumqayıt"la matçında qırmızı vərəqə alan futbolçu 1 oyunu şərti olmaqla 3 oyunluq cəzalanıb.
Bununla yanaşı, Ağdam təmsilçisi 3000 manat ziyana düşüb.
Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
Həmin dueldə azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" 5000 manat cərimələnib.