son dəqiqə SON DƏQİQƏ
2 məşhur hakimimiz UEFA-nın seminarında iştirak edib Bölgə təmsilçisi "Sabah"ın futbolçusunu icarəyə götürdü Toral Bayramovun komandasından darmadağın Serbiyalı mütəxəssis Azərbaycan klubunda çalışacaq Mahir qol vurdu, komandası uduzdu "Mançester Yunayted"in rəsmi saytı "Sabah"la oyun haqda bunları yazdı "Şahdağ Qusar" mövsümə qələbə ilə başladı "Səbail" "Xankəndi" ilə bacarmadı "Kəpəz" növbəti rekordu hədəfləyir Azərbaycanlı Dünya Kubokunun qalibi oldu "Kəpəz" bir ailədir" "Zirə" bu futbolçu ilə 3 illik müqavilə imzaladı Azarkeşləri "Sumqayıt"ı ziyana saldı Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat "Kəpəz"ə 6200 manatlıq Kadi Borgesin cəzası açıqlanıb, "Qarabağ" 3000 manat cərimələnib

"Kəpəz" bir ailədir" - Tarixi qolun müəllifi

Bölmə adı Kəpəz
Yayımlandı Bu gün, 20:29

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina klubun Media və Marketinq Departamentinə müsahibə verib.

Sport1.az xəbər verir ki, 28 yaşlı moldovalı yarımmüdafiəçi öncə "Turan Tovuz"la oyun barədə fikirlərini bölüşüb:

"Oyun həm mənim, həm də ümumlikdə komandam üçün xüsusi idi. Çünki yeni stadionda azarkeşlərimiz qarşısında sınaqdan keçməli idik. Şadam ki, ilk ev matçında azarkeşlərin də dəstəyi sayəsində qələbə qazandıq. İndi bütün fikrimiz növbəti görüşə yönəlib".

- “Turan Tovuz”un qapısına vurduğun qol baxımlı alındı. Hətta həmin qələbə topu avqustda Misli Premyer Liqasının ən yaxşı 5 qolundan biri sayılır. Qolun trayektoriyası kifayət qədər gözlənilməz idi. Necə oldu ki, topu qəbul edəndən sonra uzaq “doqquzluğ”u nişan almaq qərarına gəldiniz?

- (gülür) Hə, bir az ani qərar verdim. Kennet Kalunqadan ötürmə alıb, cərimə meydançasına daxil oldum və özümü sınamaq istədim. Komandamıza qələbə qazandıran topu vurduğuma görə şadam. Amma istənilən halda, mənim üçün kimin fərqlənməsinin fərqi yoxdur, ən əsası şərəfini qoruduğum klub uğur qazansın, istəyinə çatsın.


- Tribunalarda rekord sayda 13500 tamaşaçı var idi. Oyuna bu qədər azarkeşin gələcəyini gözləyirdiniz?

- Açığı, fanatların sayının belə çox olacağını gözləyirdim. Çünki “Kəpəz”in güclü azarkeş dəstəyinə malik olduğunu bilirdim. Azarkeş amili bizim üçün olduqca vacib məqamdır. Dolu tribunalar qarşısında oynayanda özümüzü daha inamlı, daha mübariz hiss edirik.


- Komanda daxilində ab-hava necədir? “Kəpəz”də sənin ən çox xoşuna gələn nədir?

- Şəxsən mənim üçün hər şey əladır. Burada mənə münasibət çox yaxşıdır. Komanda yoldaşlarımla çətinlik çəkmədən anlaşıram, bir-birimizə qarşılıqlı hörmət bəsləyirik. Həqiqətən “Kəpəz” bir ailədir. Bizim ən güclü cəhətimiz də elə budur. İnanıram ki, günü-gündən daha yaxşı komandaya çevriləcəyik, qələbələrin sayı artacaq.


- Növbəti matçı sabah “Şamaxı”ya qarşı keçirəcəksiniz. Bu oyuna necə hazırlaşmısınız? Necə düşünürsünüz, “Kəpəz” ardıcıl ikinci qələbəsini qazana bilərmi?

- Biz “Şamaxı”ya qarşı görüşə tam hazırıq. Azarkeşlərimizin bizdən hansı nəticə gözlədiklərini yaxşı başa düşürük. Bu, bizim məsuliyyətimizi bir qədər də artırır. Təbii ki, “Şamaxı”nı məğlub edərək, fanatları əyləndirmək, onlara qələbə sevnci bəxş etmək istəyirik.


- Cari mövsümdə “Kəpəz”in ilk qolunun müəllifi sizsiniz. Sabahkı qarşılaşmada bunun davamı gələcəkmi? “Şamaxı”nın da qapısına yol tapacağınıza söz verirsiniz?

- İnanıram ki, nəticə komandamız üçün yaxşı olacaq. Məqsədimiz meydançanı 3 xalla tərk etməkdir. Bütün azarkeşləri “Şamaxı” ilə matça dəvət edirəm. Bizi maraqlı, həyəcanlı oyun gözləyir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR