Misli Premyer Liqasının 3-cü turunun "Kəpəz" - "Turan Tovuz" duelində yaşananlara görə "sarı-göylər" cərimələnib.
Sport1.az xəbər verir ki, Gəncə təmsilçisi 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Qarşılaşma bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Kəpəz" 2500 manat ziyana düşüb.
Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Kəpəz" 3000 manat cərimə ödəyəcək.