son dəqiqə SON DƏQİQƏ
Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat "Kəpəz"ə 6200 manatlıq Kadi Borgesin cəzası açıqlanıb, "Qarabağ" 3000 manat cərimələnib Millimizin üzvlərinə ABŞ-dən maraq "Sumqayıt"ın yetirməsi "Şimal"da "Gücümüzü I Liqaya yüksəlmək uğrunda mübarizədə görəcəyik" "Neftçi" nigeriyalı hücumçu ilə maraqlanır Millimizin üzvü "Şəmkir"də Bölgə klubunda yeni hücumçu Misli Premyer Liqasının "Kəpəz" - "Şamaxı" matçı ilə bağlı Peşəkar Futbol Liqası aparıcı idman qurumu ilə əməkdaşlığa başlayıb "Azərbaycan futboluna inam artsa..." Çempionatın qalibləri müəyyənləşib "Difai"dən "Gəncəbasar"a Avropa Çempionatı: 7 cüdoçumuz Monteneqroda mübarizəyə başlayır "Kəpəz"in futbolçuları üçün seminar

Çempionatın qalibləri müəyyənləşib

Bölmə adı Avarçəkmə
Yayımlandı Bu gün, 13:37

Avarçəkmə və kanoe üzrə Azərbaycan Çempionatının qalibləri müəyyənləşib.

Sport1.az xəbər verir ki, ikinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar və qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında K2 500 metr məsafədə Elmir Tarverdiyev – Mustafa Vəlizadə cütlüyü, K1 500 metr məsafədə Mustafa Vəlizadə, K2 1000 metr məsafədə Tahir Mövsumov – Sənan Cəfərzadə tandemi, C1 500 metr məsafədə Fəxri Sadıqlı, C1 1000 metr məsafədə isə Vaqif Mustafazadə çempion olublar. Həmçinin K2 500 metr mix yarışında Mustafa Vəlizadə – Gülay Cümşüdlü cütü finişə birinci çatıb. Eyni yaş qrupunda qızlar arasında K1 500 metr məsafəyə yürüşdə Darina Xayretdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində K1 500 metr məsafədə Əlimurad Hacızadə, C1 500 metr və C1 1000 metr məsafələrdə Hüseyn Səmədli, K1 1000 metr məsafədə İvan Vorobyanski, K2 500 metr məsafədə Tengiz Qaqnidze – Qiyas Əhmədov tandemi, 2x1500 metr məsafədə isə Azər İlyasov – Tunar Məmmədzadə cütlüyü birinci olublar.

2012-2013-cü il təvəllüdlü avarçəkənlər arasında K1 500 metr məsafədə Yunus Əhmədov, K2 500 metr məsafədə Mehdi Mehdizadə – Yunus Əhmədov cütü, 2x1000 metr məsafədə isə Yusif Əliyev – Zahid Əmiraslan cütlüyü bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Azərbaycan Çempionatında fərqlənən idmançılar "Mingəçevir Reqatası" beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaqlar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR